Ailələrdə uşaqlar üçün futbol - Yerimək idmandırmı? (İLK YAZI)
Bu gündən etibarən Sportfm.az saytında uşaq futboluna dəstək məqsədilə "Ailələrdə uşaqlar üçün futbol" mövzusunda silsilə yazılar dərc ediləcək. Sakit Rzayev və Araz Əhmədovun hazırladığı yazıların birincisi olan "Yerimək idmandırmı?" ilə başlayırıq.
Yerimək idmandırmı?
Ailə və cəmiyyət olaraq biz, normal çəkidə və sağlam görünən bir uşaqlara sahibik? Gəlin buna aldanmayaq. Bu gün uşaqlar gündəlik idman fəaliyyətlərini edəcək çox az gücə və dözümlülüyə sahibdirlər. Avtobus dayanacağına və ya oyun parkına qədər qaçacağı qısa bir məsafə onu dəqiqələrcə təngənəfəs buraxa bilər. Bu kitabın məqsədi uşaqların enerjisini müsbət istiqamətə və daima sağlam bir həyat tərzi yaşamalarına kömək etməkdir. Bizə yalnız əhəmiyyətli məlumatlar deyil, təsirli və istifadə edə biləcəyiniz fikirlər verməyi məqsəd qoymuşdur. Uşaqları idman mərkəzlərinə üzv edə bilər və göndərə bilərsiniz. Ancaq bu vəziyyət avtomatik olaraq onlar üçün bir çıxış yolu deyil. Valideynlər olaraq uşaqlarınıza kömək etmək üçün indidən bir həyat tərzi təmin edə bilər və gələcəkdə necə yaşamaları lazım olduğunu öyrədə bilərsiniz.
Unutmamalıyıq ki, uşaqlar heç vaxt böyüklərin kiçildilmiş bir kopyası deyildir.
Uşaqlar üçün idman etmək əyləncəli və bir o qədər də həyəcanlı vaxtlardır. Hərəkətli həyatın əhəmiyyətini anlaya bilməsələr belə, uşaqlar idman etməkdən böyük zövq alarlar. Xüsusilə komanda idman növləri, uşağın fiziki görünüşü və sağlamlığı qədər ictimailəşməsi baxımından da əhəmiyyətli görünməkdədir.
Uşaq üçün idman, motorik qabiliyyətlər, dərketmə, fərdi və ictimai inkişaf baxımından müxtəlif faydalar təmin edər. Uşaq idman yoluyla ətrafını tanıyar, ünsiyyət qurar, özünə olan inamı artar və cəmiyyət içərisində sahib olduğu yeri sağlamlaşdırar. İdman fəaliyyətləri əsnasında koordinasiya, sürət, komanda olma, rəqib olma kimi bir çox qabiliyyət qazanarlar. Psixoloji baxımdan baxıldığında isə, idman edən uşaq özünə nəzarət etməyi, diqqətini mövzu üzərində artıra bilməyi, iradəsindən istifadə edə bilməyi və uğur qazanmağa motivasiya olunmağı öyrənər. Sağlamlıq baxımından isə irəliləyən yaşlarda idman edən fərdlərin çoxunun, bu vərdişi kiçik yaşlarda qazandığı görülər.
Bu səbəblə mütəxəssislər, uşaqların kiçik yaşlarda hərəkətli bir həyat sürmək üçün istiqamətləndirilmələrini təklif etməkdədir. Uşaqları həyata hazırlayarkən gördükləri və nümunə götürdükləri ilk insanlar ana və atalarıdır. Unutmayın, əgər valideynlər sağlam həyat tərzləri idman olan ailə tərəfindən bir ictimai fəaliyyət halına gətirə bilsələr, uşaqlar da bu vərdişi erkən yaşlarında həyatına və öz uşaqlarına ötürəcəklər.
Araşdırmalar göstərir ki, məktəb çağındakı uşaqlara nizamlı idman etmə vərdişi qazandırıldığı təqdirdə, bu irəlidəki illərdə də davam edir. İrəlidəki yaşlarda nizamlı idman etmə vərdişi qazanmaq çətindir. Bu səbəblə sağlam olmanın ən əhəmiyyətli şərtlərindən biri, idmana erkən yaşlarda başlamaqdır.
Uşaqların bu günkü aktiv fəaliyyət formalarının vəziyyəti necədir?
* 5-8 yaşları arasındakı hər 5 uşaqdan ikisi kök, təzyiqli və xolesterolu yüksək olub, aktiv deyil.
* Uşaqların yarısı ürəyi və ağciyərləri gücləndirəcək məşqləri etməməkdədir.
* 10 yaşın altındakı uşaqlar fəal olaraq oyun oynadıqları vaxtın iki qatını televiziya, oyun salonları və ya telefonlarla keçirməkdədirlər. Televiziya seyr etmə müddəti ilə bədən yağı arasında doğrudan bir əlaqə vardır.
* Uşaqların idmanda iştirakları 4-6-cı sinifdən sonra başlayar və bir daha yüksəlməyə bilər. Bir çox uşaq idman yaşımız keçmişdir, biz atletik bir bədən quruluşuna və ya idmanın bizə faydası olmaması fikrini qəbul etdikləri üçün idman etməkdən imtina edərlər.
Hərəkətsiz bir ailəsinizmi?
Bilirsiniz ki, uşaqlarınızın sağlam vərdişlər əldə etməsi lazımdır. Bunu onlara ən yaxşı öyrədəcək olanlar - siz valideynlərsiniz. Siz valideynlər uşaqlarınız üzərində bir gücə sahibsiniz və oynamanız lazım olan aktiv bir rol var. İnsanlar yaşlandıqca ümumiyyətlə aktiv olmağı seçərlər və bundan ötəri məşq etdikcə tez yorularlar və ağrıları artar. Burada günahkar olan yaş deyil, hərəkətsiz həyat tərzidir. Uşaqlarınız üçün bu qədər gözləməyin. Onları ən çox sevdiyi və meyl etdiyi idman növlərinə yönləndirin. Başlıca olaraq da futbol oynamağa istiqamətləndirin. Davamı var...
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |