reklam
Azərbaycan idmanı üçün əhəmiyyətli an
Sportfm.az xəbər saytı

Azərbaycan idmanı üçün əhəmiyyətli an


Bu gün ölkə üçün əhəmiyyətli və çox maraqlı bir andır. XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə 50 gün qalır.

Sportfm.az xəbər verir ki, bunu "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, 50 gün sonra Bakıda yeniyetmələr arasında ən güclü idmançılar yarışacaq: "Onların əksəriyyəti gələcəkdə olimpiya, dünya və Avriopa çempionu ola bilər. Bugünkü tədbirdə uşaqların iştirakı çox vacib amildir. Çünki biz qarşımıza məqsəd kimi texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini də qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik".

Nazir əlavə edib ki, 50 gün ərzində son hazırlıq işləri tamamlanacaq.

Daha sonra XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir nümayiş olunub.

Qeyd edək ki, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı 21-27 iyulda keçiriləcək.

Oxşar xəbərlər

Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirildi - FOTO
AZAL Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi tərəfdaşı oldu
“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli yandırılacaq
Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı
Avropa Gənclər Olimpiya Festivalı Bakıda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər