reklam
Lippertin tərcüməçisi
Sportfm.az xəbər saytı

Lippertin tərcüməçisi "Sabah"ın məşqçisi oldu


AFFA-nın texniki departamentinin əməkdaşı, məşqçi kurslarının təlimatçısı Osman Rəhimovun yeni iş yeri dəqiqləşib. O, bundan sonra «Sabah»ın məşqçi korpusunda yer alacaq. 

Sportfm.az xəbər verir ki, bu barədə Premyer Liqanın debütantının idman direktoru Emin Abbasov məlumat verib: 

"Mənə görə, qış fasiləsində əhəmiyyətli işlərimizdən biri də analitik məşqçi kimi Osman Rəhimovu "Sabah"a gətirməyimiz oldu. 

Nəzəri bilikləri yüksək səviyyədə olan bu mütəxəssisin analitik kimi komandamıza böyük fayda verəcəyinə inanıram".

Qeyd edək ki, Osman Rəhimov Azərbaycan futbolunun elitasına almaniyalı mütəxəssis Bernard Lippetin tərcüməçisi kimi daxil olub. 

Oxşar xəbərlər

Millimizin məşqçisi Ukrayna klubunda
Bakıda gənc futbolçular arasında maraqlı turnir
AFFA-da məşqçi kursu başladı - FOTO
"Roma"nın baş məşqçisi: Böyük hədəflər haqqında düşünməliyik
Yığmamızın tərcüməçisi Azərbaycandan getdi - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər