Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın tərcüməçisi Azərbaycandan getdi -ÖZƏL
AFFA-nın təşkil etdiyi məşqçi kurslarında seminar keçən, yığma komandalarımızda tərcüməçi işləyən Osman Rəhimov Azərbaycanı tərk edib.
Sportfm.az saytının əldə etdiyi məlumata görə, məşqçilərə dərs deməsi birmənalı qarşılanmayan Rəhimov Almaniyaya köçüb. UEFA-nın PRO kateqoriyalı məşqçi lisenziyasına sahib olan tərcüməçi Almaniya universitetlərindən birində təhsil alacaq. Bununla yanaşı, hər kəs tərəfindən savadlı mütəxəssis kimi qəbul olunan Rəhimovun Almaniyada məşqçi kimi çalışacağı məlum olub.
Qeyd edək ki, Osman Rəhimov uzun müddət Bernard Lippert və Berti Foqtsun tərcüməçisi işləyib.
Oxşar xəbərlər
Uels rəsmisi Bakıda özündən çıxdı - Tərcüməçi mətbuat konfransından kənarlaşdırıldı
Məşqçilərimiz Avropa çempionatının oyunlarını analiz edəcəklər - FOTO
AFFA Gəncədə seminar keçirdi - FOTO
Lippertin tərcüməçisi "Sabah"ın məşqçisi oldu
Məşqçilərimiz AFFA-da DÇ-2018 təhlil edir FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası