Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin məşqçisi Ukrayna klubunda
Gənclər yığmasının və «Sumqayıt»ın keçmiş məşqçisi Samir Ələkbərov bundan sonra ölkə xaricində çalışacaq.
Sportfm.az xəbər verir ki, onun yeni iş yeri Ukraynadı.
Belə ki, yüksək liqada çıxış edən Boqdan Blavaçki ilə vidalaşan «Lvov»un sükanı arxasına Yuri Panfilov gətirilib, Ələkbərov isə ona köməkçi təyin edilib.
Onlar vaxtilə «Xəzər Lənkəran»da birlikdə çalışıblar. Panfilov 2008-2010-cu illərdə cənub klubunun akademiyasının direktoru vəzifəsini tutub. Həmin vaxt Ələkbərov «ağ-yaşıllar»ın əvəzedici heyətinin baş məşqçisi olub.
Panfilov «Pro» kateqoriyası almadığından, hələlik «Lvov»un baş məşqçi vəzifəsini qeyri-rəsmi yerinə yetirəcək.
Oxşar xəbərlər
U-16 Liqası: "Bürünc""Neftçi"!
U-17 Liqası: "Neftçi", yoxsa "Keşlə"?
"Viləş" Masallıda bərabərə qaldı
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası