"Roma"nın baş məşqçisi: Böyük hədəflər haqqında düşünməliyik
Sportfm.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilən «Roma» - «Qarabağ» matçından sonra İtaliya klubunun baş məşqçisi Eusebio di Françesko jurnalistlərin suallarını cavablandırıb:
- Komandanızın o qədər də baxımlı oyun sərgiləmədiyini nəzərə alaraq emosiyalarınızı, təəssüratlarınızı bilmək istərdik.
- Xüsusi təəssüratım yoxdur. Futbolçular bu qələbəni çox istəyirdi. İlk hissədə o qədər də yaxşı oynamadıq. Fasilədən sonra isə hücumların kəsərini artıraraq istəyimizə çatdıq. Artıq 1/8 final və daha böyük hədəflər haqqında düşünməliyik. BUndan sonra daha çox çalışacaq və istəkli olacağıq. «Atletiko» kimi komandanı yarışdan kənarda qoymaq, «Çelsi»ni qabaqlayaraq qrupda 1-ci yeri tutmaq «Roma» adına böyük hadisədir.
- Komandanın sol cinahı hücumların qurulmasında daha yaxşı çıxış edir. «Roma»nın sol cinahını Avropanın ən yaxşılarından hesab etmək olarmı?
- Sol cinahda futbolçular bir-birilərini yaxşı başa düşürlər. Bundan razıyam. Amma daha çox qol görmək istəyirəm. Əldə olunanlardan daha çoxuna nail olmaq fikrindəyik.
- Qurban Qurbanovun mətbuat konfransında «Sky Sport»un əməkdaşı canlı yayıma qoşularaq məşqçinin sözünü bir neçə dəqiqəlik kəsdi. Eyni halla Bakıda üzləşsəydiniz münasibətiniz necə olardı?
- Mənə verilən bütün suallara həmişə cavab verməyə çalışıram. Futbolla bağlı bütün suallarınızı cavablandırmağa hazıram. Amma futboldankənar, şəxsi sualları cavablandırmağa çətinlik çəkirəm.
- Sabah pley-offun bütün iştirakçıları məlum olacaq. «Roma»nın «Bavariya» və «Real» kimi rəqiblərlə qarşılaşmaq ehtimalı var. Belə rəqiblərdən qorxmursunuz?
- Heç bir rəqibdən qorxmuruq. Hansısa komandadan çəkinəsi olsaq, indiyə kimi dediklərimin heç bir mənası olmazdı.
- Bakıda və burada qarşılaşdığınız iki «Qarabağ» arasında hansı fərqləri gördünüz? Ümumiyyətlə, ÇL-nın debütantının çıxışı haqqında nə deyə bilərsiniz?
- «Çelsi» ilə oyunu çıxmaq şərtilə «Qarabağ» yaxşı oyun sərgilədi. «Qarabağ» layiqli rəqib idi. Xüsusilə, «Atletiko» ilə oyunda daha yaxşı oynadı və bizim pley-ofa çıxmağımıza bir növ kömək etdi.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |