reklam
Sportfm.az xəbər saytı

"Masallı" çempionata uğursuz başladı


Voleybol üzrə kişilər arasında I Liqa start götürüb.

Sportfm.az xəbər verir ki, çempionatın birinci turunda 3 oyun keçirilib. Ümumilikdə 9 komandanın mübarizə apardığı yarışda ilk olaraq meydana "U-16" və "UNEC" kollektivləri çıxıblar. 4 hissə davam edən görüşdə universitet təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Günün ikinci matçında "Sumqayıt" və "Hərbi Akademiya" üz-üzə gəlib. Gərginliyi ilə yadda qalan bu oyunda Sumqayıt komandası meydandan 3:2 hesablı qələbə ilə ayrılıb. Turun son qarşılaşması "Masallı" və "Taleh" arasında baş tutub. 4 set davam edən bu görüşdə ikincilər 3:1 hesabı ilə qalib gəliblər. I Liqa I tur "U16" - "UNEC" 1:3 (20:25, 25:19, 13:25, 14:25) "Sumqayıt" - "Hərbi Akademiya" 3:2 (23:25, 25:23, 14:25, 25:19, 15:11) "Masallı" - "Taleh" 1:3 (19:25, 26:24, 18:25, 14:25)

Oxşar xəbərlər

Çempionatda pley-offun iştirakçıları müəyyənləşdi
"Azərreyl" və "Murov" qələbə qazandı - Yüksək Liqa
Voleybol komandalarımızın yerləri məlum oldu
Azərbaycan çempionatı başlayır - cəmi 4 komanda ilə
Azərbaycan çempionatının başlama tarixi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər