Azərbaycan çempionatı başlayır -cəmi 4 komanda ilə
Voleybol üzrə Azərbaycan Çempionatı 2018-2019 mövsümü üçün 22 dekabr tarixində start götürəcək.
Sportfm.az xəbər verir ki, Azərbaycan “Super Liqa” yarışları 4 qadın (Azərreyl, Lokomotiv, Abşeron, AVF), Azərbaycan Çempionatı “Yüksək Liqa” yarışları 4 kişi (Lokomotiv, U-19, MOİK, Neftçi) komandalarının iştirakı ilə keçiriləcək. Dərnəgüldə yerləşən Voleybol Mərkəzində baş tutacaq görüşlərdə ilk olaraq meydançaya 12:30-da Neftçi – U19 daha sonra isə 14:30-da Azərreyl – Lokomotiv komandaları çıxacaqdır. Qeyd edək ki, Çempionatda növbəti turun oyunları yanvar ayında keçiriləcəkdir. Hər iki çempionatın qalibi 4 dövrədə keçirdiyi oyunların nəticəsinə görə müəyyən olunacaq.
23 dekabr 2018-ci il tarixində Azərbaycan Voleybol Federasiyası kişi komandaları arasında “I Liqa” yarışlarına da start verəcək. 9 komandanın (U-16, İqtisadçı, Sumqayıt, Heydər Əliyev adına Hərbi Akademiya, Azəri, Ekspress, Masallı, Taleh, BDU) iştirak edəcəyi çempionatın ilk oyunları UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) idman zalında keçiriləcək. Qeyd edək ki, növbəti turun oyunları yanvar ayında keçiriləcəkdir. I Liqa yarışlarında oyunlar iki dövrədən ibarət olmaqla dairəvi sistemdə keçiriləcəkdir.
Oxşar xəbərlər
Gürcüstan komandaları Azərbaycan çempionatında mübarizəyə başlayır
Azərbaycan çempionatının ilk oyunları açıqlandı
Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək
"Azərreyl" Super Liqaya qələbə ilə başladı
Azərbaycan çempionatının başlama tarixi müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası