“Force India” Strolla kontrakt imzaladı
Formula 1 üzrə “Force India” komandası Lens Strolla kontrakt imzaladığı barədə rəsmi bəyanat yayıb.
Sportfm.az xəbər verir ki, “Willams”ın keçmiş pilotu növbəti mövsümdə bu komandada fransız Esteban Okonu əvəz edəcək. Onun yeni tərəfdaşı isə Serxio Peres olacaq.
“Force India” komandasının mətbuat xidməti Strollun aşağıdakı sözlərini sitat gətirib: “Bu, mənim Formula 1 pilotu karyeramın ən həyəcanlı dövrünün başlanğıcıdır. Uğurlu və gözəl mədəni atmosferi olan komanda ilə işə başlamağı səbirsizliklə gözləyirəm. Kontraktın imzalanması mənim üçün yeni imkanlar açır və yaranan bu şəraitə görə özümü çox xoşbəxt hesab edirəm”.
Qeyd edək ki, Stroll artıq yeni komandanın tərkibində çıxış etməyə macal tapıb: pilot komanda yoldaşları ilə birlikdə mövsümün sonunda Yas-Marina avtodromunda “Pirelli” şinlərini sınaqdan çıxarıb.
Xatırladaq ki, “Force India”nın bütün səhmləri pilotun atası Lourens Stroll və şəriklərinə məxsusdur.
Oxşar xəbərlər
"Formula 1" komandalarının heyətləri bəlli olub - SİYAHI
Fettel Belçika Qran-prisinin qalibi oldu
"Red Bull"un pilotu Qran-pri yarışlarının qalibi oldu
Fettel "Formula-1" Bəhreyn Qran Prisinin qalibi oldu
Formula 1 Azərbaycan Qran Prisinin qalibi kim olacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası