Futbola qardaşına görə gələn "Bavariya" fanatı Teymur -Müsahibə
AFFA-nın təşkil etdiyi U-11 liqasının oyunları zamanı köhnə "Neftçibaza"da adam əlindən tərpənmək olmur. Valideynlər, futbolsevərlər azyaşlı futbolçuların çıxışlarını izləmək üçün sintetik meydançanın kənarında öz yerlərini tuturlar. Ötən həftə bu liqanın görüşlərini izləmək üçün mən də ora yollandım. "Neftçibaza"ya çataçatda debütant "Baku Eagles FC" ilə İsgəndər Cavadovun adını daşıyan futbol akademiyasının meydançaya çıxdığını gördüm. Hər iki komandanın ifasında izlədiyim baxımlı oyun zamanı diqqətimi birincilərin kapitanı olan azyaşlı futbolçu çəkdi. "Baku Eagles FC"nın 2-1 hesabı ilə qalib gəldiyi qarşılaşmada istedadı ilə digərlərindən fərqlənən 10 nömrəni final fitindən sonra "yaxaladım". Sən demə 10 yaşı olan Teymur Kərimli futbola qardaşına görə gəlib: "Mənim böyük qardaşım futbola gedirdi. 5 yaşım olanda mən də ona qoşuldum.
- Məşqlərə başlayanda sənə çətin gəlmədi?
- Xeyr. Futbolu çox sevirəm. Yaxşı oynamaq üçün səylə çalışmağın lazım olduğunu da bilirəm.
- Yerli klublarımızdan hansına azarkeşlik edirsən?
- "Qarabağ"a. Ötən mövsüm Çempionlar Liqasında "Atletiko Madrid"lə matçlardan sonra bu kluba olan sevgim daha da artıb. "Qarabağ" ölkəmizi avrokuboklarda layiqincə təmsil edir.
- Bəs dünyada azarkeşlik etdiyin komanda varmı?
- Bəli. Mən "Bavariya"nın fanatıyam.
- Niyə məhz "Bavariya"nın?
- Çünki, onların oyunu çox xoşuma gəlir. Stadionlarında isə tribunalar daim dolur. Qarşılaşmalarda super atmosfer olur. Mən gələcəkdə bu klubun şərəfini qorumaq istərdim. Bu mənim ən böyük arzumdur.

- Hansı mövqedə özünü daha rahat edirsən?
- Mənim üçün sol yarımmüdafiəçi kimi oynamaq çox rahatdı.
- Qol vuranda necə sevinirsən?
- Antuan Qrizmann kimi.
- Milli komandamızın üzvlərindən kimin oyununu bəyənirsən?
- Mahir Mədətovu, Maksim Medvedevi, Riçard Almeydanı. Kamran Ağayevə isə xüsusi simpatiyam var.
Söhbətləşdi: Hidayət Əliyev
Oxşar xəbərlər
İspaniyaya yollanmağa hazırlaşan gənc azərbaycanlı oyunçu: "Futbolu mənə xalam sevdirib"
Əzəmət Ələkbərli: ""Qəbələ" mənə çox doğmadır" - Müsahibə
PFL prezidenti azarkeşlik etdiyi baş məşqçinin adını açıqladı
"Almaniya bayrağı ilə şəklimi sosial şəbəkələrdə paylaşdıqdan sonra..."
""Sumqayıt"dan ayrılsam, yalnız ölkə xaricində çıxış etməyi istərdim"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası