reklam
“Açıq Əyləncəli Futbol Məktəbi”  Saatlıda -
Sportfm.az xəbər saytı

“Açıq Əyləncəli Futbol Məktəbi” Saatlıda -FOTO


Noyabrın 10-da Saatlı Olimpiya İdman Kompleksində “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib.
Sportfm.az xəbər verir ki, AFFA və Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev, millət vəkililəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Sabir Hacıyev, Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev, Rayon Təhsil şöbəsinin müdiri Seyidağa Kazımov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, İdman veteranı Əbülfət Əliyev, layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər layihənin həyata keçirilməsində məqsədin uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdən ibarət olduğunu qeyd ediblər. Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev uşaq futbolunun inkişafının böyük prioritet olduğunu vurğulayıb, “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsinin də bu baxımdan əhəmiyyət daşıdığını önə çəkib. İndiyədək layihə çərçivəsində müxtəlif bölgələrdə gerçəkləşdirilmiş tədbirlərdə 24 mindən artıq uşağın iştirak etdiyini bildirib. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb və tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Oxşar xəbərlər

“Açıq Əyləncəli Futbol Məktəbi” bu dəfə Göyçayda - FOTO
AƏFM layihəsi Tovuzda - FOTO
AƏFM layihəsi Sabirabadda - FOTO
"Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi baş tutdu - FOTO
Göyçayda futbol festivalı keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər