Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
İtaliyada həvəskarlar liqasının oyunu bıçaqla hədə-qorxuya görə yarımçıq dayandırılıb.
Sportfm.az xəbər verir ki, İtaliyada həvəskar komandalar arasında keçirilən futbol matçı qırmızı vərəqə alan oyunçunun bıçaqla hədə-qorxu gəlməsi səbəbindən yarımçıq qalıb. Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, insident bazar günü, noyabrın 22-də Siciliyanın Marsala şəhərində "Qalaktik Paolini" və "Atletik Partanna" komandalarının qarşılaşması zamanı baş verib. Oyun ərzində "Qalaktik Paolini"nin futbolçusu rəqibin ehtiyat oyunçular skamyasını dəfələrlə təhqir edib, daha sonra isə rəqib oyunçulardan birinə təpik vurub. Hakim həmin futbolçuya, eləcə də "Atletik Partanna"nın baş məşqçisinə qırmızı vərəqə göstərib.
Meydandan qovulduqdan sonra paltardəyişmə otağına yollanan futbolçu az sonra əlində qatlanan bıçaqla meydana qayıdıb. O, rəqibləri hədələyib və bir əlində bıçaq tutaraq "Atletik Partanna"nın məşqçisinin boğazından yapışıb. Baş hakim oyunu dayandırmaq qərarına gəlib və hadisə yerinə polis çağırıb.
Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları iştirakçıları dindirib və insidentdə əli olan şəxslərin kimliyini müəyyənləşdiriblər. "Atletik Partanna" klubu baş verənlərlə bağlı İtaliya Futbol Federasiyasına rəsmi məlumat verib.

Oxşar xəbərlər
"Atletik" "Qarabağ"a görə cəzalandı
“Qəbələ” – “Turan Tovuz” matçı yarımçıq dayandırıldı
Yarımçıq dayandırılan oyunla bağlı cəzalar açıqlandı
Premyer Liqa oyunu yarımçıq dayandırıldı
Messi təhqir edir - Olay
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

_1694603125.png)

Misli Premyer Liqası