Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AƏFM layihəsi Sabirabadda -FOTO
AFFA-nın və Sabirabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad Olimpiya İdman Kompleksində “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, millət vəkili Rauf Əliyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, millət vəkilləri Elçin Quliyev, İlham Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
Xatırladaq ki, 12 ildir təşkil olunan və 25 mindən artıq uşağın yararlandığı layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, onların təqdimatında müxtəlif idman hərəkətləri izlənilib.
Oxşar xəbərlər
AƏFM layihəsi Tovuzda - FOTO
Şəmkirdə AƏFM layihəsi üzrə tədbir keçirildi - FOTO
“Açıq Əyləncəli Futbol Məktəbi” Saatlıda - FOTO
Göyçayda futbol festivalı keçirildi - FOTO
Yevlaxda AƏFM layihəsi həyata keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək
-
Aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərini açıqlandı - AFFA
-
Bu gün pley-off günüdür - Çempionlar Liqası
-
Filip Ozobiçin yeni klubu bəlli oldu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası