reklam
1/4 finala yüksələn 8 komanda -
Sportfm.az xəbər saytı

1/4 finala yüksələn 8 komanda -Millətlər Liqası


UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsi başa çatıb.

Sportfm.az xəbər verir ki, nəticələrə əsasən 1/4 finalın bütün iştirakçıları bəlli olub.

Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç milliləri 1/4 finala vəsiqə qazanıblar. Bu komandalar A Liqasında qrupda ilk iki yeri tutanlardır.

Ən son bu vəsiqəni qazanan Norveç millisi olub. Skandinaviyalılar səfərdə Danimarkaya qalib gələrək (3:2) qrup ikincisi olub.

Bu mərhələnin püşkü noyabrın 20-də atılacaq. 1/4 finalın ilk oyunları 2027-ci il martın 25-27-də, cavab görüşləri isə martın 28-30-da keçiriləcək.

Turnirin final mərhələsi 2027-ci il iyunun 9-13-də təşkil olunacaq.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar ötən mövsümün finalında İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub ediblər.

Oxşar xəbərlər

Millətlər Liqasında daha 8 oyun keçiriləcək
1/4 finalın ilk iki cütü bilindi - DÇ-2026
Azərbaycan millisi 2-ci səbətdə yer alacaq - Dünya çempionatı
1/8 finalın püşkü atıldı - Çempionlar Liqası
Türkiyə dünyanın ən güclü yığmalarıyla bir qrupda - Millətlər Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər