Göyçayda futbol festivalı keçirildi -FOTO
Açıq Əyləncəvi Futbol Məktəbləri layihəsi çərçivəsində AFFA-nın və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay rayonunda futbol festivalı keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə Millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Göyçay rayonundan seçilmiş millət vəkili Sabir Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, Göyçay rayon Polis İdarəsinin rəisi Sənan Əsədov, Göyçay rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov və layihənin kordinatoru Kərim Ağayev iştirak edib.
Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Millət vəkili Sabir Hacıyev və Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova çıxış ediblər. Natiqlər layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdən ibarət olduğunu vurğulayıblar. Tədbidə uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.
Oxşar xəbərlər
“Açıq Əyləncəli Futbol Məktəbi” bu dəfə Göyçayda - FOTO
AƏFM layihəsi Tovuzda - FOTO
AƏFM layihəsi Sabirabadda - FOTO
“Açıq Əyləncəli Futbol Məktəbi” Saatlıda - FOTO
Yevlaxda AƏFM layihəsi həyata keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası