reklam
UEFA-dan “Sabah”ın oyunçusuna ağır cəza
Sportfm.az xəbər saytı

UEFA-dan “Sabah”ın oyunçusuna ağır cəza


“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” və “Vilyarreal”la keçirəcəyi oyunlarda müdafiəçisi Eyden Makkartinin xidmətindən yararlana bilməyəcək.
Sportfm.az xəbər verir ki, UEFA cənubi afrikalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib.

Cəzaya səbəb Makkartinin Çempionlar Liqasının 4-cü turunda Norveçdə “Vikinq”lə görüş zamanı rəqib futbolçuya zərbə endirərək qırmızı vərəqə almasıdır.

Beləliklə, mərkəz müdafiəçisi “Sabah”ın Çempionlar Liqasındakı növbəti iki qarşılaşmasını buraxacaq.

Qeyd edək ki, “Sabah” noyabrın 25-də Bakıda “Barselona”nı qəbul edəcək.

Oxşar xəbərlər

"Sabah" 4 top buraxdı - Çempionlar Liqası
"Sabah" - "Barselona" matçının biletləri satışda
Çempionlar Liqasının oyunları Bakı Olimpiya Stadionunda! - RƏSMİ
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
“Barselona” Bakıya gələcək - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər