Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Təbii ki, favorit mənəm” -Maqnus Karlsen
Şahmat üzrə Dünya çempionu Maqnus Karlsen özü və rəqibi Fabiano Karuano haqqında danışıb.
Sportfm.az xəbər verir ki, norveçli qrossmeyster özünü qarşıdakı təkbətək döyüşün favoriti hesab edir.
"Fabiano əlbəttə, çox güclüdür, o, bu ili əla keçirib, göstərdiyi nəticələr göz qabağındadır" - dünya çempionu fikrini izah edir.
"Lakin mən öz gücümə əminəm. Təsəvvür edin, əgər siz artıq yeddi il dünya reytinqinin liderisinizsə, üç dünya birinciliyi uğrunda yarışın qalibisinizsə, bütün bunlarla yanaşı, özünüzü autsayder hesab etsəniz, o zaman ola bilsin ki, həkimə ehtiyacınız var. Təbii ki, favorit mənəm", - norveçli dahi fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Maqnus Karlsen dünya çempionu oldu
Maqnus Karlsen dünya çempionu titulunu qorudu
Şahmat tacı uğrunda doqquzuncu heç-heçə qeydə alındı
Üçüncü partiya da heç-heçə nəticələndi
“1.e4” gedişi və ilk partiya
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası