reklam
“1.e4” gedişi və ilk partiya
Sportfm.az xəbər saytı

“1.e4” gedişi və ilk partiya


Londonda dünya çempionu titulu uğrunda norveçli Maqnus Karlsen və amerikalı Fabiano Karuana arasında keçirilən matçın ilk partiyası oynanılıb.

Sportfm.az xəbər verir ki, matçın ilk rəmzi gedişini məşhur amerikan aktyoru, “Emmi” mükafatının sahibi Vudi Harrelson edib.

Ağ fiqurlarla oynayan iddiaçı gözlənilmədən oyuna “1.e4” ilk gedişi ilə başlayıb. Dünya çempionu, öz növbəsində, öz oyun üslubuna xas olmayan “1… c5” gedişi ilə cavab verib. Debütdə Maqnus Karlsen az bir zaman ərzində oyunda tarazlıq yaradıb və mittelşpildə mürəkkəb manevrlərlə öz rəqibini üstələyib. Lakin Fabiano Karuana müdafiədə ciddi müqavimət göstərib və norveçli bütün imkanlarından istifadə edə bilməyib. Şahmat taxtasına göz gəzdirdikdən sonra artıq ağların vəziyyətinin təhlükəli olmadığı məlum olub. 55-ci gedişdə partiya qaralarda artıq piyada ilə top endşpilinə keçsə də, onların qələbəyə obyektiv şansı qalmayıb. Bundan məyus olan Maqnus Karlsen daha 60 gedişlə praktik şanslar axtarıb, lakin Fabiano Karuana onun bütün cəhdlərini puça çıxarıb. Nəhayət, 115-ci gedişdə tərəflər heç-heçəyə razılaşıblar.

Noyabrın 10-da matçın ikinci partiyası keçiriləcək.

Oxşar xəbərlər

Şahmat tacı uğrunda doqquzuncu heç-heçə qeydə alındı
Üçüncü partiya da heç-heçə nəticələndi
“Təbii ki, favorit mənəm” - Maqnus Karlsen
Norveçli, amerikalı və azərbaycanlı - FİDE reytinqi açıqlandı
Şəhriyar Məmmədyarova ağır ittiham

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər