Şahmat tacı uğrunda doqquzuncu heç-heçə qeydə alındı
Şahmat üzrə dünya çempionu titulu uğrunda norveçli Maqnus Karlsen və amerikalı Fabiano Karuano arasında Londonda keçirilən matçın doqquzuncu partiyası da heç-heçə ilə nəticələnib.
Sportfm.az xəbər verir ki, matçın əvvəlki səkkiz partiyasında da qalibi müəyyən etmək mümkün olmayıb. Beləliklə, Karlsen və Karuano şahmat tacı uğrunda matçda ard-arda heç-heçə ilə başa çatmış partiyaların sayına görə yeni rekorda imza atıblar. Bundan əvvəlki rekord 1995-ci ildə rusiyalı Harri Kasparov və hindistanlı Vişvanatan Anandın mübarizəsində qeydə alınıb. Həmin matçın başlanğıcında tərəflər ard-arda səkkiz partiyada xalları bölüşüblər.
Doqquzuncu heç-heçədən sonra matçın hesabı 4,5:4,5-dir. Növbəti partiya noyabrın 22-də oynanılacaq.
Oxşar xəbərlər
Maqnus Karlsen dünya çempionu oldu
Şahmat tacı uğrunda tay-breyk oynanılacaq
Üçüncü partiya da heç-heçə nəticələndi
FIDE dünya şahmat tacı uğrunda görüşün mükafat fondunu artıracaq
Şəhriyar Məmmədyarov dünya şahmat tacı uğrunda yarışacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təmsilçimiz məğlub oldu - FIBA Avropa Kuboku
-
"Barselona" İstanbulda 4 qol vurdu - Çempionlar Liqası
-
Türkiyə klubu İngiltərə səfərində - Çempionlar Liqası
-
Çexiya - Azərbaycan oyununun hakimləri bilindi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA “Şəfa”ya danışılmış oyunlarla bağlı sessiya keçirdi





.png)









Misli Premyer Liqası