Üçüncü partiya da heç-heçə nəticələndi
Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.
Sportfm.az xəbər verir ki, noyabrın 12-də üçüncü partiyada ağ fiqurlarla oynayan ABŞ təmsilçisi Fabiano Karuana norveçli Maqnus Karlsen ilə 49-cu gedişdə heç-heçə edib.
Şahmatçılar ilk iki partiyada da xalı yarı bölüblər. Beləliklə, ilk üç oyunun nəticəsinə görə hesab bərabərdir - 1,5:1,5.
Dördüncü partiya noyabrın 13-də oynanılacaq.
Noyabrın 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək.
Oyunun ümumi mükafat fondu 1 milyon ABŞ dolları məbləğindədir. Qalib şahmatçıya 600 min, məğlub olana isə 400 min dollar mükafat veriləcək.
Oxşar xəbərlər
Reytinqləri aşağı olan şahmatçılarımız superturnirdə olmayacaqlar
Şahmat tacı uğrunda tay-breyk oynanılacaq
Şahmat tacı uğrunda doqquzuncu heç-heçə qeydə alındı
“1.e4” gedişi və ilk partiya
İlk qələbəsini azərbaycanlı üzərində qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA “Şəfa”ya danışılmış oyunlarla bağlı sessiya keçirdi
-
Çexiya - Azərbaycan oyununun hakimləri bilindi
-
Təmsilçimiz məğlub oldu - FIBA Avropa Kuboku
-
Türkiyə klubu İngiltərə səfərində - Çempionlar Liqası
-
"Barselona" İstanbulda 4 qol vurdu - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası