MOİK təmsilçiləri Avropa çempionatının qalibi oldu -FOTO
Dünya miqyaslı bir çox turnirlərdə Azərbaycan Ordusunu layiqincə təmsil edərək Vətənə çoxlu medallarla qayıdan Mərkəzi Ordu İdman Klubunun (MOİK) yetirmələri növbəti dəfə uğur qazanıblar.
Sportfm.az xəbər verir ki, MOİK-in idmançıları Kiyevdə keçirilən kyokuşin karate üzrə açıq Avropa çempionatının qalibi olublar.
İdmançılarımız 5-i qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla ümumilikdə 18 medal qazanıblar.
Bu yarışlarda dünya çempionu, Dünya Kyokuşin Karate təşkilatının direktoru Əziz Əşrəfov 10 beysbol bitasını ayağı ilə sındıraraq dünya rekordunu yeniləyib.
On səkkiz ölkədən 160 idmançının iştirak etdiyi çempionatda məşqçilər Akif İsgəndərov, İnşallah Camalov, Abbas Abbasovun və Hamlet Əlilinin rəhbərliyi ilə tatami üzərinə çıxan pəhləvanlarımız medal sayına görə iştirakçı komandalar arasında birinci yeri tutublar.
Oxşar xəbərlər
Asiman Qurbanlı medal şansını qaçırdı
"Təhsil"in idmançıları Slovakiyada 3 medal qazandı - FOTO
“Qara Qaplan” klubunun yetirmələri ən yüksək nəticə göstərib
“Baku Open” beynəlxalq turniri başa çatdı
Güləşçilərimiz 32-ci dünya çempionatında iştirak üçün Litvaya yola düşüblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR















Misli Premyer Liqası