reklam
“Baku Open” beynəlxalq turniri başa çatdı
Sportfm.az xəbər saytı

“Baku Open” beynəlxalq turniri başa çatdı


“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən “Baku Open” beynəlxalq karate turnirinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, turnirin sonuncu günündə aşağı yaşlı karateçilər arasında qaliblər müəyyənləşib. Altı-yeddi yaşlı idmançıların kata yarışlarında oğlanlar arasında Azərbaycan təmsilçiləri Elməddin Səlimli, qızların mübarizəsində Elnura Əzimzadə, 8-9 yaşlılarda müvafiq olaraq Məhəmməd Quliyev oğlanlar və Aişə Əlirzayeva fərqləniblər.

Eləcə də 8-9 yaşlı karateçilərin kumite yarışlarında oğlanların mübarizəsində karateçilərimiz Seyidəli Fəttahlı (23 kq), Nicat Müslümov (28 kq), Uğur Səmədli (33 kq), Nuran Hacızadə (38 kq), Rafael Zeynalov (+38 kq) qalib olublar. Qızlar arasında isə Şəhanə Göyüşlü (25 kq), Nailə Məmmədli (30 kq), Zəhra Məmmədova (35 kq), Mədinə Kazımova (+35 kq) çempion olublar.

Çempionatda 10-11 yaşlı karateçilərin yarışlarında isə Azərbaycan idmançıları Kamal Dadaşov (30 kq), Royal Həşimov (35 kq), Ayxan Ağamirzəyev (40 kq), Cahangir Qayıbov (45 kq) və Gürcüstan təmsilçisi Nikolaz Gigauri (+45 kq) qızıl medal qazanıblar.

Martın 14-dən 17-dək keçirilən “Baku Open” beynəlxalq karate turnirində 14 ölkədən 1200-dən çox idmançı iştirak edib.

Oxşar xəbərlər

“Baku Open” beynəlxalq turnirə yekun vuruldu
“Baku open” beynəlxalq turnirin ilk qalibləri müəyyənləşdi - FOTO
Karate üzrə IX beynəlxalq “Baku Open” turniri başa çatdı
“Baku Open” beynəlxalq karate turnirinə start verildi
Azərbaycan millisi bütün rəqiblərinə qalib gəldi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər