Formula 1 yarışlarının testlərinin cədvəli məlum oldu
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub.
Sportfm.az xəbər verir ki, 2019-cu ilin mövsümqabağı testləri hər biri 4 gün davam edəcək iki sessiyadan ibarət olacaq.
Birinci sessiya 2019-cu il fevralın 18-dən 21-dək, ikinci sessiya isə fevralın 26-dan martın 1-dək keçiriləcək. Beləliklə, gələn il mövsümqabağı testlərin formatı 2018-ci ildə istifadə edilən formatdan əsla fərqlənməyəcək. Hərçənd, bu sessiyaların İspaniyadan Bəhreynə keçirilə biləcəyi barədə söhbətlər gedirdi.
2016-cı il mövsümündən başlayaraq mövsümqabağı testləri eksklüziv olaraq Kataloniyadakı tras qəbul edir.
Onu da qeyd edək ki, 2019-cu il mövsümündə ilk Qran-Pri yarışları mövsümqabağı testlər başa çatandan cəmi iki həftə sonra – martın 15-dən 17-dək Avstraliyada keçiriləcək.
Oxşar xəbərlər
Sınaq testləri Barselonada təşkil olunacaq - Formula 1
Formula 1 TV-də bütün qış testləri göstəriləcək
Azərbaycan Qran Prisində sessiyaların vaxtı açıqlandı
F1 TV mövsümqabağı testləri birbaşa yayımlayacaq
“Ferrari” yeni bolid təqdim edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası