reklam
F1 TV mövsümqabağı testləri birbaşa yayımlayacaq
Sportfm.az xəbər saytı

F1 TV mövsümqabağı testləri birbaşa yayımlayacaq


Formula 1 rəhbərliyi bildirib ki, qarşıdan gələn testlər F1 TV-nin striminq servisinin birbaşa efirində nümayiş etdiriləcək.

Sportfm.az xəbər verir ki, bunu “Reddit” forumunda müzakirələrdə Formula 1-in marketinq tədqiqatları üzrə başçısı Mett Roberts bildirib.

Roberts deyib: “Mən həmkarlarımdan ətraflı öyrəndim və deyə bilərəm ki, F1 TV Barselonada gözlənilən testləri birbaşa efirdə göstərəcək, lakin bunun məhz hansı abunə tipi əsasında olacağı hələlik məlum deyildir”.

Xatırladaq ki, hazırda F1 TV Pro servisi dünyanın müəyyən ölkələrində yalnız ingilis, fransız, alman və ispan dillərində təqdim edilir. Bu xidmət 52 ölkədə göstərilir.

Barselonada testlər iki blokda keçiriləcək. Onlardan birincisi fevralın 18-də start götürür və 21-də başa çatacaq. Fevralın 28-nə nəzərdə tutulan ikinci test də dörd gün davam edəcək.

Oxşar xəbərlər

Sınaq testləri Barselonada təşkil olunacaq - Formula 1
Formula 1-in Azərbaycana gətirdiyi gəlir açıqlandı
Formula 1 TV-də bütün qış testləri göstəriləcək
“Ferrari” yeni bolid təqdim edəcək
Formula 1 yarışlarının testlərinin cədvəli məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər