reklam
Azərbaycan Qran Prisində sessiyaların vaxtı açıqlandı
Sportfm.az xəbər saytı

Azərbaycan Qran Prisində sessiyaların vaxtı açıqlandı


“Formula 1” üzrə 2019-cu il dünya çempionatında sessiyaların vaxtı açıqlanıb.

Sportfm.az xəbər verir ki, ötən illə müqayisədə Azərbaycan Qran Prisinin sessiyalarının saatları dəyişməz qalıb. Aprelin 26-da gerçəkləşəcək birinci yürüş saat 13:00-dan 14:30-dək, ikincisi isə saat 17:00-dan 18:30-a qədər olacaq. Ertəsi - şənbə günü 14:00-da başlayacaq üçüncü sərbəst yürüş 1 saat davam edəcək. 17:00 - 18:00 aralığında isə sıralama turu keçiriləcək.

Aprelin 28-də baş tutacaq yarış saat 16:10-da start götürəcək və 18:00-da yekunlaşacaq.

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq. 

Oxşar xəbərlər

Qran-pridə ikinci gün başlayır - Formula 1
Azərbaycan Qran-prisi başlayır - Formula 1
“Formula 1” üçün tribunaların quraşdırılmasına start verildi
Rikkardo ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi
Bakıda Formula 2 yarışlarına start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər