reklam
“Ferrari” yeni bolid təqdim edəcək
Sportfm.az xəbər saytı

“Ferrari” yeni bolid təqdim edəcək


“Ferrari”nin başçısı Mauritsiu Arrivabene elan edib ki, Skuderiyanın 2019-cu ilin Formula 1 çempionatı üçün bolidi gələn il fevralın 15-də, yəni Barselonada mövsümqabağı testlərə üç gün qalmış təqdim ediləcək.

Sportfm.az xəbər verir ki, Arrivabene deyib: “Texniki direktor Mattia Binottonun başçılıq etdiyi qrup bir neçə aydır ki, gələn il üçün bolid üzərində çalışır. Artıq mühərriklər sınaqdan keçirilir, avtomobilin digər hissələri istehsalatdadır. Çıxışlar üçün dəstləşdirmə məmulatı son anda hazır olacaq, hərçənd gərginlik də artır, çünki vaxt sürətlə uçur. Bolidi fevralın 15-də təqdim edəcəyik. Həmin günə qədər hər şey hazır olmalıdır. Əlbəttə, bu barədə qabaqcadan danışmaq tezdir. Hazırda simulyasiyalar keçirilir. Lakin əsl göstərici yalnız tras ola bilər”.

 

Oxşar xəbərlər

Formula 1 bolidləri təqdim olunacaq - Tarix məlumdu
"Ferrari"nin gələn mövsümdəki bolidi müəyyənləşdi - FOTO
İcraçı direktor təcili yardım sürücüsü oldu
Formula 1 yarışlarının testlərinin cədvəli məlum oldu
Bakı küçələrində yarışacaq yeni bolid təqdim edildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər