reklam
Millimizin ilk sınağı Fransada olacaq
Sportfm.az xəbər saytı

Millimizin ilk sınağı Fransada olacaq


Qadın güləşi üzrə Azərbaycan milli komandası üçün ilk sınağı Fransada olacaq. 

Sportfm.az xəbər verir ki, yığma Nitsa şəhərində fevralın 1-də start götürəcək Qran-priyə yollanıb. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) çıxış edəcək. Üç günlük yarışda ədaləti qoruyanlar arasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Bəşir İsazadə də olacaq.  

Qeyd edək ki, qadın güləşi üzrə yığma yanvarın 16-dan Türkiyənin Kayseri şəhərində yerli komanda və Rumıniya millisi ilə birgə təlim-məşq toplanışında olub. 

Oxşar xəbərlər

Millimiz təlim-məşq toplanışına başladı - Ukraynada
Millinin Avropa çempionatı üçün heyəti - SİYAHI
Türkiyədə çıxış edəcək güləşçilərimiz məlum oldu - SİYAHI
Azərbaycan yığması Türkiyədə toplanışa start verdi
Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər