Tacikistan yığması dünya çempionatında on idmançı ilə təmsil olunacaq
Sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında Tacikistan yığma komandası on idmançı ilə təmsil olunacaq.
Sportfm.az xəbər verir ki, yığma komandanın tərkibinə Şohida Kalandarova (57 kq), Suxrob Bokiyev (60 kq), Yekubcon Bokiyev (66 kq), Akmal Murodov (81 kq), Komronşoxi Ustopiriyen (90 kq), Saidcalol Saidov (100 kq), Behruz Xocazoda və Somon Mahmadbekov (73 kq), Şakarmamad Mirmamadov və Temur Rahimov (hər ikisi 100 kq-dan artıq) daxildirlər.
Bu il cüdo üzrə dünya çempionatında 14 çəki dərəcəsində fərdi turnirdə və qarışıq yığmaların yarışında 130 ölkədən 800-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.
Budapeştdə (Macarıstan) keçirilən əvvəlki dünya çempionatında Tacikistan yığması altı idmançı ilə təmsil olunmuşdu.
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının seçmə mərhələsində iştirak edən cüdoçuların mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilər. Turnirin qalibləri Olimpiya Oyunlarının təsnifatı hesabına 2000 xal, gümüş mükafatçılar 1400 xal, bürünc medal qazananlar isə 1000 xal əlavə edəcəklər.
Qaliblərə həm də sanballı pul mükafatları veriləcək: çempion 26 min avro, gümüş mükafatçı 15 min avro, bürünc medalın sahibi isə 8 min avro alacaq.
Oxşar xəbərlər
Azərbaycan güləşçiləri Rusiyaya gedir - "Baikal Open - 2023"-də yarışacaqlar
Dünya çempionatında Azərbaycanı üç idmançı təmsil edəcək
Yunanıstan dünya çempionatında 4 idmançı ilə təmsil olunacaq
Makkenzi Bakıya gəlir - Böyük Britaniya cüdo yığmasının heyəti açıqlandı
Bakıya 11 dünya çempionu gələcək - Yaponiya yığmasının heyətində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası