Azərbaycan güləşçiləri Rusiyaya gedir -"Baikal Open - 2023"-də yarışacaqlar
Azərbaycan idmançıları aprelin 29-30-da İdman Kompleksində Buryatiya Respublikasının Dövlət Başçısı Aleksey Tsıdenovun mükafatları uğrunda sərbəst güləş üzrə XXV "Baikal Open - 2023" beynəlxalq turnirində iştirak edəcəklər.
Sportfm.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat verilib.
Qeyd edilir ki, turnirdə 14 ölkənin idmançıları bir araya gələcəklər: Rusiya, Azərbaycan, Qırğızıstan, Monqolustan, Belarus, Makedoniya, Mərakeş, Moldova, Qazaxıstan, Hindistan, Türkiyə, Koreya, Tacikistan və Ermənistan.
Ən güclü güləşçilər Buryatiya rəhbərinin mükafatları uğrunda beynəlxalq turnirdə iştirak edəcəklər. Nüfuzlu turnirin mükafat fondu 3,2 milyon rubl təşkil edəcək.
Yarışa ümumilikdə 228 idmançı qatılacaq. Onlar 10 - 57, 61, 65, 70, 74, 79, 86, 92, 97, 125 kq çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaqlar.
Buryatiya yığması yarışda 50-dən çox güclü güləşçi ilə təmsil olunacaq.
Oxşar xəbərlər
Beynəlxalq turnirdə 11 ölkə iştirak edəcək
Göygöldə beynəlxalq turnir keçiriləcək - Cüdo üzrə
Badmintonçularımız “İran Fəcr Beynəlxalq Çellenc” turnirində iştirak edəcəklər
İdmançılarımız MMA üzrə beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycanlı idmançı “Orion Fighter Global” turnirində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası