Makkenzi Bakıya gəlir -Böyük Britaniya cüdo yığmasının heyəti açıqlandı
Böyük Britaniyanın cüdo üzrə milli komandasının sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Sportfm.az-a verilən məlumata görə, yığmanın tərkibinə 14 cüdoçu daxil edilib. Onlardan 3-ü kişilər, 9-u qadınların fərdi yarışına qatılacaq. Daha 2 kişi cüdoçu isə bu idmançılarla birgə qarışıq yarışlarda iştirak üçün nəzərdə tutulub.
Komanda üzvləri arasında 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Denni Uilyams, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Selli Konvey, həmçinin 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının bürünc mükafatçıları Nekoda Smit-Devis və Natali Pauell də var.
29 yaşlı Denni Uilyams 2011-ci ildən sonra ilk dəfə dünya çempionatında çıxış edəcək. Çelsi Gilz, Keti Cemima Yits-Braun və Uesli Qrinic isə özlərinin ilk dünya çempionatında mübarizə aparacaq.
Böyük Britaniya yığmasının heyəti:
Kişilər: Eşli Makkenzi (60 kq), Stüart Makvot (81 kq), Maks Stüart (90 kq)
Qadınlar: Çelsi Gilz (52 kq), Nekoda Smit-Devis (57kq), Alis Şlezinger, Emi Livsi (hər ikisi 63 kq), Selli Konvey, Cemma Hauell (hər ikisi 70 kq), Natali Pauell, Keti Cemima Yits-Braun (hər ikisi 78kq), Sara Adlinqton (+78 kq)
Qarışıq
kişilər: Denni Uilyams (73 kq), Uesli Qrinic (+90 kq)
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatına sentyabrın 27-də yekun vurulacaq.
Oxşar xəbərlər
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
Tacikistan yığması dünya çempionatında on idmançı ilə təmsil olunacaq
Cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşdi
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün gerisayım başladı
Bakıya 11 dünya çempionu gələcək - Yaponiya yığmasının heyətində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası