Dünya çempionatında Azərbaycanı üç idmançı təmsil edəcək
Oktyabrın 19-23-də Çinin Şanxay şəhərində keçiriləcək uşu üzrə XV dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, ölkəmizi Şanxayda Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının bürünc və dünya çempionatının gümüş medal mükafatçısı Orxan Hətəmov (48 kq), dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov (56 kq), İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş mükafatçısı Ruslan Pirəliyev (65kq) təmsil edəcəklər.
Uşu üzrə yığma komandamız dünya çempionatına federasıyanın prezidenti və bas məşqçisi Azər Həsənsoyun və böyük məşqçi Baharətdin Səlimov rəhbərliyi altında hazırlaşır.
Beynəlxalq Uşu Federasiyasının vitse-prezidenti Antoni Qohun verdiyi məlumata görə, Çində keçiriləcək dünya çempionatında 80-ə yaxın ölkənin idmançıları iştirak edəcəklər.
Oxşar xəbərlər
Azərbaycanın bayraqdarları bəlli oldu - İslamiada
İslam Həmrəyliyi Oyunlarının təqdimatı keçirildi - FOTO
Üç idmançımız Avropa çempionatının finalına yüksəldi - FOTO
Millimizin üzvləri “Grand slam” turnirində iştirak edəcək
İslam Oyunlarının estafeti Türkiyəyə verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası