Türkiyə və Azərbaycan millisi bir araya gələcək -Təlim-məşq toplanışı
Azərbaycanın güləş yığmaları qarşıdakı mühüm yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarına start verib.
Sportfm.az xəbər verir ki, sərbəst güləş üzrə milli baş məşqçi Namiq Abdullayev və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda toplanışa başlayıb.
Yanvarın 4-dən etibarən komanda gündə iki dəfə olmaqla məşq keçir. Hazırlıq prosesi yanvarın 14-dək davam edəcək.
Digər millilər isə təlim-məşq toplanışı keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb. Qadınlardan ibarət yığmanın baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yanvarın 4-dən 20-dək qonşu ölkədə yerli komandayla birgə hazırlıq keçəcək.
Yunan-Roma güləşi üzrə millisi də Türkiyə yığmasıyla birgə toplanışda iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin nəzarəti altında sabah start götürəcək birgə toplanış yanvarın 16-dək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycanın güləş milliləri dünya çempionatına hazırlaşır
Yığmamız hazırlığa başladı
Güləşçilərimiz Bakıda təlim-məşq toplanışında - VİDEO
Yığmalarımız ölkə xaricində təlim-məşq toplanışında
Güləşçilərimiz Türkiyə və Moldova yığmaları ilə birgə hazırlaşır - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası