Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mariya Stadnik reytinq xarakterli yarışa qatılacaq -Polşada
Qadın güləşi üzrə Azərbaycan milli komandası Bolqarıstanda təlim-məşq toplanışını davam etdirir.
Sportfm.az xəbər verir ki, yerli komandayla birgə hazırlıq prosesində baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (68 kq) iştirak edir.
Mayın 24-dən start verilən toplanış iyunun 8-dək davam edəcək. Bolqarıstanın dağlıq bölgəsi olan Belmekendə keçirilən məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara üstünlük verilir.
Təlim-məşq toplanışından sonra Stadnik və Manolovanın Polşanın paytaxtı Varşavada baş tutacaq reytinq xarakterli beynəlxalq turnirdə iştirakı nəzərdə tutulub.
Oxşar xəbərlər
Azərbaycan millisi Olimpiadaya hazırlaşır - VİDEO
Millimizin heyəti açıqlandı - Avropa çempionatı üçün
Alyona və Tatyana Azərbaycan yığmasının heyətində
Millimiz təlim-məşq toplanışına başladı - Ukraynada
Güləş yığmamız Avropa çempionatına Türkiyədə hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası