reklam
Sportfm.az xəbər saytı

"Qorxaq nə zərər edər, nə mənfəət" -Yığmamızın oyununa sözardı


Millimizin Kosovo ilə oyununu hamı kimi mən də səbirsizliklə gözləyirdim. Hazırlıq matçlarında işartı verməyən yığmamızın nəhayət ki, rəsmi qarşılaşmalarda parlaq oyun nümayiş etdirəcəyinə ürəkdən inanırdım. Mənim inamım həm də Qurban hocaya idi. O hocaya ki, mətbuatın tənqidlərinə sinə gərərək Bəxtiyar Həsənalızadəni israrla yığmaya dəvət etmirdi, o hocaya ki, hər çıxışında seçdiyi futbolçulara inandığını söyləyirdi.

Ümumiyyətlə, matçdan əvvəl mətbuat olaraq bizlər və yığmamızın sükanı arxasında olanlar cırtdan Kosovonun böyük futbolundan ağızdolusu danışdıq. Tanımadığımız bu ölkəni gözümüzdə necə böyütdüyümüz Bakı Olimpiya Stadionunun yaşıl meydançasında ortaya çıxdı. Düzdür, Qurban Qurbanov görüşdən sonra rəqibdən qorxmadığını, cəsarətli futbol nümayiş etdirdiyimizi önə sürdü. Ancaq 90 dəqiqə bunun tam əksini deyirdi. Həmin gün meydanda olan 22 nəfər futbolçu sanki bir-birindən qorxurdu. Nə biz onların üstünə gedirdik, nə də onlar bizim üzərimizə gəlməyə cəsarət edirdi. Qələbə qazanmaq istəyi olan yığmanın futbolçularından Qaranın 90 dəqiqə ərzində cəmi 1 asma etməsi, hücum xəttində yer alanların isə qapıya doğru bir dəfə belə zərbə vurmaması bunun bariz nümunəsidir. Mübarizə vardı, olacaqdı da, çünki hər iki yığma uduzmaq istəmirdi. Bəli, məhz uduzmaq istəmirdi, qalib gəlmək haqqında isə danışmağa dəyməz. Ola bilər ki, Qurban Qurbanov qol vurmaq üçün müəyyən taktiki gedişlər üzərində çalışmışdı, rəqibi özünün də dediyi kimi dəqiq analiz etmişdi, ancaq baş məşqçimizin düşündüklərini meydandakıların həyata keçirdiyini demək mümkün deyil. Yığmamız sönük oyun və ümidsiz futbolu ilə bizləri yenə əvvəlki illərə apardı. Qurbanovdan əvvəl yığmamızı çalışdıran Robert Prosineçkinin futbolçularımıza aşıladığı cəsarətli futbolun əlamətləri zaman keçdikcə yox olmaq üzrədir. Təki biz yanılaq, Qurban hocanın söylədikləri həyata keçsin.

Araz Əhmədov 

Oxşar xəbərlər

"Rəqibin orada necə oynayacağını bilmək olmaz" - Qurban Qurbanov
Hər şey aşağılardan başlayır və ya Qurban Qurbanovun "ölümcül səhvi" - QEYD
Qurban Qurbanov:"Rəqibi düzgün analiz etmişdik"
Qurban Qurbanov: "Avropa çempionatına vəsiqə qazanmaq..."
Qurban Qurbanov: Bu xoş deyildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər