Qurban Qurbanov:"Rəqibi düzgün analiz etmişdik"
Bu gün UEFA Millətlər Liqası turniri çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan – Kosovo matçından sonra mətbuat konfransı təşkil olunub.
Sportfm.az xəbər verir ki, tədbirdə milli komandamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Öncə Qurbanov qısaca oyun haqqında fikirlərini bildirib:"Ağır oyun oldu. Futbolçularımız bu gün çox məsuliyyətli idi. Rəqibin fərdi ustalıq səviyyəsi daha yüksək idi".
- Start heyətini səhv seçməmişdiniz?
- Səhv deməzdim. Bu gün tam hazır olan futbolçular meydanda idi. Elə oyunçular var ki, oyun praktikası yoxdur.
- Kosovanı niyə məğlub edə bilmədik? Buna Azərbaycan futbolunun səviyyəsi, futbolçularımızda yüksək ustalığın çatışmamazlığı, yoxsa rəqibin taktiki analizində yol verilən səhvlər imkan vermədi?
- Rəqibi düzgün analiz etmişdik. Hazırda bizim futbolçularımızın səviyyəsi ilə rəqibi müqayisə etmək düzgün deyil. Onlar daha güclü çempionatlarda çıxış edir.
- Riçard Almeydada geriləmə yoxdur?
- Deməzdim ki, geriləyib. Almeyda stabil çıxış etdi.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Məğlubiyyəti gözləyirdim"
Rey Farruciya:Azərbaycanla oyunda həmin səhvləri etməməyə çalışacağıq
Bernar Şalland:"Hücum xəttinin çıxışından razı deyiləm"
Qurban Qurbanov:"Məni narahat edən amillər var"
Qurban Qurbanov:"Rəqib imkan versə..."
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Turan" 3 xal qazandı - Premyer Liqa
-
Daha bir boksçumuz Avropa çempionudur
-
“Yuventus” Yıldızın satışından 150 milyon qazanacaq
-
AFFA yeni sayt istifadəyə verdi - Uşaq futbolu ilə bağlı
-
“Kür” növbəti mərhələyə vəsiqə qazandı - EHF Avropa Kuboku















Misli Premyer Liqası