Qurban Qurbanov: Bu xoş deyildi
Bu gün Azərbaycan premyer liqasında qış fasiləsi başa çatıb.
Sportfm.az saytı xəbər verir ki, turun mərkəzi matçında "Qarabağ" "Qəbələ" ilə xalları yarı bölüb. Oyundan sonra keçirilən mətbuat konfransında Ağdam klubun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- Ramil Şeydayev əsas heyətdə yox idi. Bu nə ilə bağlıdır?
- Şeydayev çox çalışqan futbolçudur. Lazım olanda biz onu meydana buraxırıq. Ona inamım böyükdür. Potensialı olan oyunçudur.
- Matçın bitimində azarkeşlərlə aranızda insident yaşandı.
- Bəli, oyun qurtardıqda iki gənc azarkeş Qurban, Qurban deyə etiraz edirdi. Təbii ki, bu xoş deyildi. Düşünürəm ki, gəncdirlər, gələcəkdə belə səhvlər etməzlər.
- Meydanda olan komandaların heyətlərində yığmamızın üzvləri vardı. Yığmanın baş məşqçisi kimi matçın sürəti və keyfiyyəti sizi qane etdimi?
- Bu gün futbolçular sürətli oyun nümayiş etdirdi. Bəzi oyunçular fərdi ustalığı ilə önə keçdi. Ümumilikdə qarşılaşmanın sürətindən və keyfiyyətdən razı qaldım.
- Namiq Yusifov klubdan ayrıldı. Səbəb nə idi?
- Kluba gələnlər, gedənlər daima olacaq. Bizim komandamızda lazım gələrsə, 1 saat əvəzinə 3 saat çalışmaq lazımdır. Uğuru ancaq belə qazanmaq mümkündür.
Oxşar xəbərlər
"Komandamın çıxışından razı qaldım" - Qurban Qurbanov
"Oyundan və nəticədən razı qaldım" - Qurban Qurbanov
Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”
Qurban Qurbanov: Onlar xətaya yol verdilər
Roman Qriqorçuk: Bizə belə bir futbolçu lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası