Hər şey aşağılardan başlayır və ya Qurban Qurbanovun "ölümcül səhvi" -QEYD
Qurban Qurbanov yığmanın baş məşqçisi postunu tərk etdi. Bu istefa ilə paralel Vüqar Məmmədi çıxmaq şərtilə aşağı yaş qrupları üzrə yığma komandalarımıza rəhbərlik edən məşqçilər də işdən azad edildi.
Əslində Qurbanovun millinin sükanı arxasında ömrünün qısa olmasına birbaşa təsir edən amillərdən biri məhz həmin məşqçilərin təyinatı idi. Çalışdırıcının təyinatlar zamanı ciddi səhvə yol verildiyi açıq-aşkar görünürdü. Rəşad Sadıqovun və digərlərinin milliyə gəlmədən öncə(Ramin Quliyev və Azər Məmmədov istisna olmaqla)ciddi məşqçi işi ortaya qoymaması və bu sahədə heç bir uğurlarının olmaması Qurbanovun dostluq və tanışlıq prinsiplərinə əməl etdiyini göstərirdi. Bu isə təbii ki, birmənalı qarşılanmadı.
Futbol ictimaiyyəti həmin təyinatlarla bağlı narazılığını(üzdə olmasa belə)dilə gətirirdi. Həqiqətən də Qurbanovun milli komandaya gəlişi ilə uzun illərdir uşaq futbolunda "külüng vuranlar" çox ümidlənmişdi. Qurbanovun millimizə gəlişi ilə radikal dəyişikliklər olacağına ümid edənlər də bu haldan məyusluq yaşadı. Hər kəs Qurban hocanın da aşağı yaş qrupları üzrə yığmalara "öz adamlarını" "doldurmağa" başladığını deyirdi.
Doğurdan da Ramin Quliyevlə, Azər Məmmədovun təyinatı başa düşülən idisə, digər məşqçilər hansı xidmətlərinə və nəticələrinə görə gənc futbolçularla işləməyə layiq görüldükləri hələ də məlum deyil. Ola bilər ki, Qurbanov burda öz istədiyini həyata keçirə bilməmişdi, bəzi qərarlar onun yox, başqalarının istəyi ilə verilmişdi. Bu isə "ölümcül səhv"dir. Ancaq belə hallarda 46 yaşlı mütəxəssisin diqqətli olması, düzgün qərar verməsi və iradəsini ortaya qoyması çox vacib idi. O isə bunu etmədi və "yandı".
Hazırda aşağı yaş qrupları üzrə yığma komandalarımız(U-19 istisna olmaqla) yenə başsız qalıb. Heç olmasa indi seçimlə bağlı düzgün qərar vermək lazımdır. Əvvəlki illərdə heç bir nəticə qazanmayan "işlənmiş materiallar"dan uzaq durmaqla yanaşı, son illər uşaq futbolunda sözünü deyən gənc mütəxəssislərə şans vermək yerinə düşərdi. Düzdür, belələrinin sayı çox deyil, ancaq onlar var. AFFA-nın başı hələ ki, əsas yığmanın baş məşqçi postuna axtarışlara qarışıb. Rəsmilərin "başı açılana" qədər isə gec ola bilər. Azərbaycan futbolunun ən yaralı yeri məhz aşağı yaş qrupları üzrə yığmalardır. Hər şey "aşağılardan" başlayır.
Oxşar xəbərlər
“Vaqif Sadıqov, Ağasəlim Mircavadov kimdir ki, baş katibə "onu gətirmə" desin?”
Bizə PRO lazımdır, yoxsa məşqçi ? - QEYD
Qurban Qurbanov millidən getdi!
Qurban Qurbanov: Millidə yeni adlar olacaq
Şahin Diniyev: "Başda Qurban Qurbanov olmaqla hər birinə çətin olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası