"Qarabağ" "Şerif" qarşısına ciddi itkilərlə çıxacaq
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Şerif”lə qarşılaşacaq “Qarabağ”ın heyətində ciddi itkilər var.
Sportfm.az xəbər verir ki, ispaniyalı Dani Kintanın oyunu buraxacağı əvvəlcədən bəlli idi.
Digər zədəli futbolçular isə Miçel, Hannes Haldorsson və Abdullah Zubirdir. Miçel Topaz Premyer Liqasının III turunda “Neftçi”yə qarşı keçirilən matçın hazırlıqları zamanı zədələnib və 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq. Hannes isə “Şerif”lə ilk oyunun hazırlıqları zamanı qasıq nahiyəsindən zədə alıb. İslandiyalı qapıçının cavab oyununa qədər hazır olacağı gözlənilmir.
Zubir isə zədəsini sağaldıb və “Şerif”lə keçiriləcək cavab matçında meydanda olacaq.
Qeyd edək ki, “Qarabağ” səfərdə keçirilən ilk oyunda 0:1 hesablı məğlub olub. Cavab görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxşar xəbərlər
"Qarabağ" - "Şerif" matçına nə qədər bilet satılıb?
"Şerif" yenə "qorxudur" - Moldovalılar qalib gəldi
"Qarabağ"ın matçının biletləri doğma stadionda satışda
"Qarabağ"ın oyununa 50 manatlıq bilet
"Şerif"lə oyuna 22 futbolçu ilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası