reklam
Sportfm.az xəbər saytı

"Şerif" yenə "qorxudur" -Moldovalılar qalib gəldi


Moldova çempionatında 18-ci turun oyunları keçirilir.   

Sportfm.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Şerif" doğma meydanda "Dinamo-Avto"nu qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Tiraspol təmsilçisinin heyətində Kamara və Oankea fərqlənib. 

Bu nəticədən sonra xallarının sayını 42-ə yüksəldən “Şerif” liderliyini bir az da möhkəmləndirib. Hazırda onları ikinci pillədəki “Milsami”dən 7 xal ayırır. 

Qeyd edək ki, “Qarabağ”la “Şerif” arasındakı Tiraspoldakı ilk oyunda Moldova klubu minimal hesablı qələbəyə sevinib.  Cavab oyunu avqustun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Oxşar xəbərlər

"Qarabağ" - "Şerif" matçına nə qədər bilet satılıb?
"Şerif" "Qarabağ"a görə oyununu təxirə saldı
"Qarabağ"ın oyununa 50 manatlıq bilet
Moldova klubu "Qarabağ"la oyunda rekorda imza atıb
"Qarabağ"dan fərqli olaraq "Şerif" meydana çıxdı və qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər