Nəzrin Salmanlı hamını üstələdi -FOTO
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirində 2010-cu il təvəllüdlü atletlərin yarışlarının qalibləri mükafatlandırılıb.
Sportfm.az xəbər verir ki, 2010-cu il təvəllüdlü gimnastlar kateqoriyasının fərdi hərəkətlər proqramında çoxnövçülük üzrə alətsiz və ip ilə hərəkətlərdə qaliblər müəyyənləşib.
Balalar yaş kateqoriyasında Nəzrin Salmanlı birinci, Şəms Müvaffaqi (hər ikisi "Ocaq") ikinci, İlahə Bahadırova (Bakı Gimnastika Məktəbi) isə üçüncü yerə layiq görülüblər.
Çoxnövçülük üzrə halqa ilə hərəkətlərdə Əminə Həsənova, Lalə Əzizzadə, Azadə Atakişiyeva fəxri kürsüdə qərarlaşıblar. Eyni sıralama balalar yaş kateqoriyasında çoxnövçülük üzrə top və alətsiz hərəkətlərdə də təkrarlanıb.
Fəxri kürsüdə yer alan atletlərə diplom və mükafatlar təqdim olunub.
Oxşar xəbərlər
Azərbaycan çempionatlarının qalibləri müəyyənləşdi
Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyi start götürdü
Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başladı - FOTO
Bədii gimnastika üzrə 25-ci Bakı çempionatı start götürdü
Milli Gimnastika Arenasında iki fərqli növ bir arada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası














Misli Premyer Liqası