Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başladı -FOTO
Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başlayıb.
Sportfm.az xəbər verir ki, yarışların üçüncü günündə 2008-2010-cu il təvəllüdlü gimnastlar alətsiz, halqa və iplə, 2006-2007-ci il təvəllüdlü gimnastların halqa, top, gürz və lentlərlə fərdi proqramda, eləcə də 2008-2010-cu il təvəllüdlü gimnastlar halqa ilə qrup proqramında iştirak edəcək.
Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.
Yarışların ilk 3 günü fərdi gimnastlar "balacalar", "yeniyetmələr", "gənclər" yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə "balacalar" və "yeniyetmələr" yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə "International" İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.
Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.
Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar "Qızıl Yaş" adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.
Oxşar xəbərlər
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi keçiriləcək
Bədii gimnastika üzrə 25-ci Bakı çempionatı start götürdü
Bakıda "GymBala" adlı beynəlxalq turnirə start verildi
Bədii gimnastika üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürdü
Milli Gimnastika Arenasında iki fərqli növ bir arada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası