Minifutbol millimiz hakimin səhvi nəticəsində Macarıstana uduzdu -VİDEO
Minifutbol üzrə milli komandamız Avropa Çempionatının ilk matçında Macarıstan yığması ilə üz-üzə gəldi.
Sportfm.az xəbər verir ki, D qrupunda baş tutan qarşılaşmada ilk təhlükəli zərbə yığmamızın üzvü İlkin Hacıyevin adına yazıldı. Hacıyevin komanda yoldaşı Asif Zeynalovun zərbəsini isə macar qapıçı dəf edə bildi. Təəssüf ki, daha sonrakı dəqiqələrdə qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İlkin Hacıyev zədələnərək meydançadan çıxmalı oldu. İkinci yarının 7-ci dəqiqəsində isə matçın çernoqoriyalı hakimi Qoran Akron qapımıza şübhəli penalti təyin etdi. Zərbəni dəqiq yerinə yetirən Ferents Bereş matçdakı yeganə qolun müəllifi oldu. Qalan dəqiqələrdə komandamızın səylərinə baxmayaraq, oyunda hesab dəyişmədi. Matçdan sonra turnirin intizam komitəsinə hakimin haqsız penalti qərarı ilə bağlı rəsmi şəkildə etiraz edən Azərbaycan Minifutbol Federasiyasının nümayəndələrinə Qoran Akronun həmin epizodda səhvə yol verdiyini etiraf ediblər.
Qeyd edək ki, komandamız növbəti oyununu bu gün Bakı vaxtı ilə saat 22:00-da Çexiya komandasına qarşı keçirəcək.
Minifutbol üzrə Avropa Çempionatı
Kiyev, "Hidropark" stadionu
D qrupu
Azərbaycan 0:1 Macarıstan Qol: Ferents Bereş, 27` (pen)
Baş hakim: Qoran Akron (Çernoqoriya) Hakim: Nemanya Lyumoviç (Çernoqoriya)
Azərbaycan: 12.Ramil Həsən-Zadə (Q), 7.İlkin Hacıyev, 8.Renat Sultanov, 10.Seymur Məmmədov (K), 11.Elvin Əlizadə, 14.Asif Zeynalov Ehtiyat:1.Seymur Bəydəmirov (Q), 4.Cavid Rəcəbov, 9.Orxan Məmmədov, 17.Vüsal İsayev, 19.Eyyub Əfəndiyev, 20.Emin Əliyev, 77.Zaur Əliyev, 95.Elvin Bayramov. Baş məşqçi: Elşad Quliyev
Macarıstan: 1.Bence Tayti (q), 8.Marko Sos, 11.Ferents Bereş, 18.Zsolt Horvat (K), 19.Mikloş Rayz, 20.İstvan Soltesz Eytiyat: 31.Layoş Sikur (Q), 3.Danyel Kipriç, 5.Balaş Banfalvi, 9.Riçard Rabold, 10.Atilla Nagi, 12.Roni Ribeyro Da Silva, 15.Tomaş Sovunmi, 17.Gergö Tseri, 22.Zsolt Szabo. Baş məşqçi: Layoş Nagi
Oyunun videosunu izləmək üçün klikləyin:
Oxşar xəbərlər
Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov oldu
Minifutbol millimiz Avropa çempionatını 3 xalla başa vurdu
Minifutbol millimiz Türkiyəni böyük hesabla məğlub etdi
Minifutbol millimiz Çexiyaya məğlub oldu - VİDEO
Minifutbol yığmamız Ukraynaya hansı heyətlə yollanır? - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası