Minifutbol millimiz Çexiyaya məğlub oldu -VİDEO
Minifutbol üzrə Avropa Çempionatının II turunda hazırkı dünya çempionu Çexiya yığması ilə qarşılaşan Azərbaycan milli komandası oyuna ciddi itki ilə çıxıb.
Sportfm.az xəbər verir ki, komandamızın aparıcı üzvü İlkin Hacıyev ilk oyunda əzələsini dartdığı üçün çexlərlə oyunu buraxmaq məcburiyyətində qalıb.
Buna baxmayaraq, komandamız oyuna yaxşı başlayıb və hissənin yarısında kapitanımız Seymur Məmmədov rəqibin kobud səhvini bağışlamayıb. Qeyd edək ki, Məmmədov fərqlənməklə Azərbaycan millisinin mötəbər turnirlərdə vurulan ilk qolunun müəllifi kimi adını minifutbol tariximizə yazdırıb.
Macarlarla oyunda olduğu kimi, bu dəfə də hakimlər briqadası kobud səhvlə yadda qalıb. Belə ki, ilk hissədə Çexiya komandasının oyunçusu cərimə meydançasında topa əllə toxunsa da, hakim oyunu davam etdirib.
İkinci yarıda da ilk hissədə olduğu kimi topa nəzarət daha çox şərqi avropalılarda olub. Bu məqamda Ramil Həsən-Zadənin də inamlı oyununu vurğulamaq yerinə düşər. Qapıçımız oyun ərzində bir neçə yüz faizli zərbənin qarşısın məharətlə almağı bacarıb.
Lakin oyunun sonlarında daha təcrübəli olan Çexiya millisi istəyinə çatıb. Əsas vaxtın bitməsinə iki dəqiqə qalmış ani diqqətsizlik komandamıza baha başa gəlib. Qoldan ruhlanan rəqib oyuna artırılmış birinci dəqiqədə qələbə qolunu vuraraq minifutbol yığmamızı Avropa çempionatlarında ilk xalını qazanmaq imkanından məhrum edib.
Komandamızın növbəti oyunu avqustun 15-i Bakı vaxtı ilə saat 17:00-da Türkiyə milli komandasına qarşı olacaq.
Çexiya 2:1 Azərbaycan
Qollar: Yakub Qot 38` Stanislav Marik 40+1` / Seymur Məmmədov 10`
Baş hakim: Sezar İonesku (Rumıniya)
Hakim: Vadim Tendera (Ukrayna)
Azərbaycan: 12.Ramil Həsən-Zadə (Q), 8.Renat Sultanov, 10.Seymur
Məmmədov (K), 11.Elvin Əlizadə, 14.Asif Zeynalov, 17.Vüsal İsayev,
Ehtiyat:1.Seymur Baydamirov (Q), 4.Cavid Rəcəbov, 9.Orxan Məmmədov,
17.Vüsal İsayev, 19.Eyyub Əfəndiyev, 20.Emin Əliyev, 77.Zaur Əliyev,
95.Elvin Bayramov.
Baş məşqçi: Elşad Quliyev
Çexiya: 20.Andrey Biro (Q), 6.Frantişek Hakl, 8.Patrik Levçik, 9.Andrey
Padera, 10.Yakub Polak, 12.Yan Koudelka.
Eytiyat: 1.Yaroslav Bellada (Q), 2.Vit Popelka, 4.Tomaş Rezni, 5.Jiri
Sodoma, 7.Pavel Şultes, 11.Stansilav Marik (K), 13.Yakub Qot, 14.Robin
Demeter, 15.David Preşl.
Baş məşqçi: Stanislav Beyda
Oxşar xəbərlər
Çexiya çempion oldu - “Heydər Əliyev-100”
Çexiya Azərbaycan millisinin qapısından 4 top keçirdi
Minifutbol millimiz Türkiyəni böyük hesabla məğlub etdi
Minifutbol millimiz hakimin səhvi nəticəsində Macarıstana uduzdu - VİDEO
Minifutbol yığmamız Ukraynaya hansı heyətlə yollanır? - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası