reklam
Ağdam klubu 300 min avrosundan keçir?
Sportfm.az xəbər saytı

Ağdam klubu 300 min avrosundan keçir?


"Qarabağ" qapıçı axtarışlarını davam etdirir.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, Ağdam klubu məhz bu ölkədən qolkiper almaq niyyətindədi.

Azərbaycan çempionunun növbəti hədəfi "Verona"nın "dəri əlcək" sahibi Nikolas Andradedi. 30 yaşlı futbolçunun meneceri Joao Santos da xəbəri təsdiqləyib və tərəflər arasında danışıqların aparıldığını vurğulayıb. Bildirilir ki, "Qarabağ" bu keçid müqabilində B seriyası təmsilçisinə 300 min avro təklif edib.

Lakin Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək ağdamlılar danışıq zamanı problemlə üzləşiblər. Braziliyalı qolkiperin meneceri "Verona"nın şərtlərinin ağır olduğunu deyib: "İtaliya klubu Nikolasın gələcəkdə transferindən 50 faiz qazanc götürmək niyyətindədi. Ancaq "Qarabağ" çətin ki, bu şərtlə razılaşsın".

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində iki qapıçısı - İbrahim Şehiç və Anton Kanibolotski ilə yollarını ayırıb. 2010-cu ildən "Verona"ya məxsus olan Nikolas Andradenin isə klubla müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

Oxşar xəbərlər

"Qarabağ"lı üçün 700 min avroluq təklif
Vaqner Silva rekorda imza atdı
Bundesliqa klubu Ramil Şeydayevdən əl çəkmir
"Qarabağ" daha bir italiyalı qapıçıya təklif göndərdi - FOTO
"Qarabağ" yenə qapıçı axtarır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər