reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" daha bir italiyalı qapıçıya təklif göndərdi -FOTO


İtaliya "Verona"sından qapıçı Nikolas Andrade "Qarabağ" klubunun maraq dairəsinə düşüb.

Sportfm.az saytı report.az-a istinadən bildirir ki, Azərbaycan təmsilçisi braziliyalı qolkiperi transfer etmək istəyilə "sarı-göylər"ə müraciət edib. 30 yaşlı qolkiperin hazırkı klubu ilə 2020-ci ilədək müqaviləsi var. Hazırda "Qarabağ" və "Verona" arasında danışıqlar gedir.

Qeyd edək ki, Nikolas Andrade hazırkı komandasında əsas heyət uğrunda Marko Silvestri ilə mübarizə aparır. "Verona" 2017-2018 mövsümündə İtaliya A Seriyasında 19-cu yeri tutaraq, B Seriyasına enib. "Qarabağ" daha əvvəl B Seriyasından "Peskara"nın qapıçısı Vinçenzo Fyorilloya təklif ünvanlasa da, mənfi cavab alıb.   

Oxşar xəbərlər

Ağdam klubu 300 min avrosundan keçir?
Daha bir futbolçu "Qarabağ"a gəlməkdən imtina etdi
Gənc qapıçı İtaliya klublarının hədəfində
Ndlovu "Qarabağ"dan gedir?
"Qarabağ" A Seriyasından futbolçu alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər