Vaqner Silva rekorda imza atdı
"Qarabağ" bu mövsüm Çempionlar Liqasında 4 oyun keçirib. Ağdam təmsilçisi I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sını (0:1, 0:0) və Albaniya "Kukesi"sini (0:0, 3:0) mübarizədən kənarlaşdırmağı bacardı.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi ÇL-də qapısından qol buraxmayan iki komandadan biridir. Serbiyanın "Srvena Zvezda" klubu da 4 oyundan sonra qapısını toxunulmaz saxlamağı bacarıb.
Bundan əlavə, "Qarabağ"ın qapıçısı Vaqner da Silva yeni rekorda imza atıb. Braziliyalı əlcək sahibi Azərbaycan futbolunda avrokubok matçlarında ardıcıl 4 oyun qapısından qol buraxmayıb. Əvvəlki rekord isə İbrahim Şehiçə məxsus idi. Ötən mövsüm "Qarabağ"dan ayrılan bosniya və herseqovinalı "əlcək sahibi" ardıcıl 3 oyunda qapısında qol görməmişdi.
Oxşar xəbərlər
İspaniya yığması rekorda imza atdı - Ardıcıl 41 oyun
"Sensasiyalı adam, eyni zamanda kumirim olan qapıçı" - FOTO
Moldova klubu "Qarabağ"la oyunda rekorda imza atıb
"Qarabağ" addım-addım rekorda yaxınlaşır
Bezotosnıdan yeni rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
Millimiz Haiti yığmasına məğlub oldu - Dünya çempionatı
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
11 cüdoçumuz “Böyük Dəbilqə”də iştirak edəcək
-
"Qalatasaray" - "Fənərbaxça" 2:1 - VİDEO















Misli Premyer Liqası