Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio Olimpiadasının məşəlini alovlandıran atletin dramatik hekayəsi - VİDEO
Rio Olimpiadasında olimpiya məşəlini alovlandıran sabiq atlet Vanderley Limanın karyerasında çox dramatik bir hadisə yaşanıb. Sportfm.az saytının verdiyi məlumata görə, 2004-cü il Afinada keçirilən Yay Olimpiya oyunlarında marafon qaçışında favorit qismində göstərilən braziliyalı idmançının başına gələn qəza yaddaşlardan silinməyib. Yarış başlayan kimi liderliyi ələ alan Lima finiş xəttinə az qalmış seyrcilərdən birinin hücumuna məruz qalıb. Yarışı izləyən bir tamaşaçı qoruyucu səddi aşaraq, braziliyalı atleti distansiyadan çıxarmağa müvəffəq olub. Şoka düşən Limanın özünü ələ almasına baxmayaraq, yarış onun üçün fiaskoya çevrilib. 35 yaşı olan idmançı qaçışı ancaq 3-cü sırada bitirə bilib. Sonradan həmin tamaşaçının irlandiyalı bir rahib olduğu ortaya çıxıb. Rio-2016-nın təşkilat komitəsi olimpiadada qızıl qazanmasa belə, olimpiya hərəkatının ruhunu tərənnüm etdirən bu atleti unutmayaraq məşəli məhz onun alovlandırmasını istəyib.
Oxşar xəbərlər
Azərbaycan atleti 7-ci oldu - Paris-2024
İngiltərədə qadın atletin əslində kişi olduğu ortaya çıxıb
Olimpiya çempionuna bir kiloqram qızıl hədiyyə verildi
Rio Olimpiya Oyunlarında kuryoz hadisə - FOTO
Rio-de-Janeyro Olimpiadasının himni təqdim olunub - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası