reklam
Rio-de-Janeyro Olimpiadasının himni təqdim olunub - VİDEO
Sportfm.az xəbər saytı

Rio-de-Janeyro Olimpiadasının himni təqdim olunub - VİDEO


2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub. Sportfm.az xəbər verir ki, "Qəlb və ürək" adlanan mahnını braziliyalı Tiaqinyo və Projota yazıb. Mahnıya çəkilmiş videoklipdə Rio-de-Janeyronun ən məşhur yerləri, olimpiya idman obyektləri, habelə 10-12 yaşlı 4 yeniyetmə idmançının məşqlərindən fraqmentlər təqdim olunub. Tiaqinyo Olimpiadanın rəsmi saytına açıqlamasında bildirib ki, bu mahnı Braziliyanın özü kimi səslənir: "Musiqi ağır mübarizədən və büsbütün qəlb və ürəyini ortaya qoymağın gərəkliyindən bəhs edir".

Qeyd edək ki, "Rio-2016" 5-21 avqustda keçiriləcək. Hələlik Olimpiadada Azərbaycanı 54 idmançının təmsil edəcəyi dəqiqləşib.
 

Oxşar xəbərlər

AVRO-2024-ün rəsmi mahnısı - VİDEO
Yay Olimpiya Oyunları başa çatdı - Tokio-2020
Rio-de-Janeyro Olimpiya Oyunlarının qalibindən dopinq tapıldı
“Salam Bakı – könüllülərin himni”nin klipi təqdim olunub – VİDEO
Rioda iki ölkənin paralimpiyaçıları qarət olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər