reklam
Azərbaycan atleti 7-ci oldu -
Sportfm.az xəbər saytı

Azərbaycan atleti 7-ci oldu -Paris-2024


Paris Yay Olimpiya Oyunlarında atletika yarışlarında ölkəmizi təmsil edən Anna Skidan final mərhələsində iştirak edib.
Sportfm.az xəbər verir ki, çəkicatma növündə mübarizə aparan Skidan təsnifat mərhələsində 72.55 metr göstərici ilə 32 atlet arasında 6-cı yeri tutaraq həlledici mərhələyə yüksəlmişdi.

12 idmançının yer aldığı final mərhələsində atletimiz ilk 3 cəhdinin yekununda 73.27 metr nəticə ilə 6-cı olub və mübarizəni davam etdirən ilk səkkizliyə düşüb. Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73.66 metrə çatdıran Anna Skidan Olimpiya Oyunlarında 7-ci yeri tutub.

Oxşar xəbərlər

Azərbaycan idmançısı finala vəsiqə qazandı - PARİS - 2024
Anna Azərbaycanı final mərhələsinə çıxardı
Atletimiz finalda - İslamiada
Atletimiz qızıl qazandı - Balkan çempionatı
Atletlərimiz dünya çempionatında finala yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər