reklam
Final matçının biletlərinin qiyməti bilindi
Sportfm.az xəbər saytı

Final matçının biletlərinin qiyməti bilindi


Mayın 28-də Qəbələdə keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final matçının biletlərinin qiyməti və satışa çıxarılacağı tarix müəyyənləşib.

Sportfm.az xəbər verir ki, “Keşlə” və “Qəbələ” komandaları arasında baş tutacaq final oyununu VİP yerlərdən izləmək istəyənlər 30 manat ödəməli olacaqlar. Digər sektorlar üçün bilet qiymətləri isə 2 – 5 manat təşkil edəcək.

Ümumilikdə 4500 bilet mayın 26-da Qəbələ şəhər stadionunun girişində və “Gabaland” Əyləncə Mərkəzində satışa çıxarılacaq. Bilet satışı ilə bağlı Qəbələdə, eləcə də ətraf rayonlardakı otellərdə məlumat lövhələri yerləşdiriləcək.

Qeyd edək ki, final görüşü saat 20:00-da start götürəcək. Oyundan bir saat öncə isə məhşur rumıniyalı müğənni Seeya Qəbələ şəhər stadionunda konsert proqramı ilə çıxış edəcək.

Oxşar xəbərlər

AVRO-2024-ün biletlərinin qiyməti açıqlandı
"Qarabağ" – "Qəbələ" matçının biletləri satışda
"Qarabağ"ın matçı cəmi 5 manata - Bilet satışı
"Qarabağ" - "Nant" matçının biletləri sabahdan satışda
Matça 70 gün var, biletləri satılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər